Şahbuz rayonunda növbəti Əmək yarmarkası keçirilib

Əmək yarmarkaları işaxtaran və işsiz vətəndaşların, xüsusi ilə onlar arasında gənclərin layiqli işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri hesab olunur. Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işsiz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Əmək yarmarkalarında müəssisələrdə olan vakant iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və onlara bu vakant iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb olunurlar. Vətəndaşların ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası aprel ayının 9-da Şahbuz rayonunda keçirilib. Keçirilən əmək yarmarkasında işaxtaranlara 17 dövlət və 6 özəl sektor olmaqla, ümumilikdə 23 müəssisədən 134 boş iş yeri təqdim edilib ki, bunlardan 76-sı qulluqçu vəzifəsi və 58-i isə fəhlə peşəsi təşkil edib. Qeyd edək ki, əmək yarmarkalarında 12 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunmuş, 2 nəfərin peşə hazırlığı kurslarına və 8 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Əmək yarmarkaları aprel ayı ərzində davam edəcək və növbəti əmək yarmarkası aprel ayının 12-də Culfa rayonunda təşkil ediləcəkdir.

755546
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
322
718
7613
3494
755546

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg