Hərbi xidmətdən tərxis edilmiş gənclərin məşğulluqlarının təmin olunması ilə bağlı Babək rayonunda tədbir keçirilib.

Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Bu baxımdan gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin ötən dövrü ərzində müvafiq tədbirlər davam etdirilib. Bu baxımdan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda hərbi xidmətdən tərxis olunan

gәnclәrin məşğulluğu, yeni ixtisaslara yiyәlәnmәsi və işlә təmin olunmaları istiqamәtindә hәyata keçirilən tədbirlər mühüm әhәmiyyәt kәsb edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə muxtar respublikanın müxtəlif rayonlarında tədbirlər keçirilir. Sonuncu tədbir Babək rayonu üzrə hərbi xidmətdən tərxis edilmiş gənclərin məşğulluqlarının təmin olunması ilə bağlı Babək rayonunda keçirilib. Tədbirdə çıxış edənlər, hərbi xidmətdən tərxis olunan şəxslərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına həmçinin, ictimai işlərə cəlb olunması, onların əmək bazarına inteqrasiyası, özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verib. Diqqətə çatdırılıb ki, müxtəlif peşələrə yiyələnmək istəyənlər qeydiyyata alınaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzinə təhsil almaq üçün göndəriləcəklər. Həmçinin, tədbirdə məlumat guşəsi yaradılıb. Sonra gənclər onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. Gənclərin, vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb. Sonda, mövzu ətrafında suallar cavablandırılıb və hərbi xidmətdən yeni tərxis olunmuş gənclər onlar üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.

755596
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
372
718
7663
3544
755596

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg