Növbəti əmək yarmarkası Culfa rayonunda keçirilib

Əmək yarmarkaları işaxtaran və işsiz vətəndaşların işə götürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə həyata keçirilən aktiv məşğulluq tədbiridir. Yarmarkaların keçirilməsində əsas məqsəd əmək bazarında mövcud olan tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin məşğulluğunun təmin olunması, işsiz və işaxtaran şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi və işə götürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir. Əmək yarmarkalarında müəssisələrdə olan vakant iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və onlara bu vakant iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, iş tapmaqda çətinlik çəkən şəxslər Məşğulluq Məkəzləri tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş peşə hazırlığı kurslarına cəlb olunurlar. Vətəndaşların ödənişli ictimai işlərə, Özünüməşğulluq Proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası aprel ayının 12-də Culfa rayonunda keçirilib. Keçirilən əmək yarmarkasında işaxtaranlara 6-sı dövlət və 16-sı özəl sektor olmaqla, ümumilikdə 22 müəssisədən 91 boş iş yeri təqdim edilib ki, bunlardan 41-ni qulluqçu vəzifələri, 50-i isə fəhlə peşələri təşkil edib. Qeyd edək ki, əmək yarmarkalarında 22 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunmuş, 7 nəfərin peşə hazırlığı kurslarına və 9 nəfərin isə Özünüməşğulluq Proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Əmək yarmarkaları aprel ayı ərzində davam edəcək və növbəti əmək yarmarkası aprel ayının 13-də Ordubad rayonunda təşkil ediləcəkdir.

753744
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
158
848
5811
1692
753744

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg