Babək rayonunda növbəti Əmək yarmarkası keçirilib

Naxçıvan gəncliyinin hərtərəfli inkişafı, sosial müdafiəsinin gücləndirilməsi, bilik və bacarıqlarının artırılması, ideyalarının reallaşdırılması, o cümlədən məşğulluqlarının təmin edilməsi, gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması, mövcud potensiallarının yüksəldilməsi diqqət mərkəzindədir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi gənclərin məşğulluğunun artırılması, istedadlı, ictimai və sosial sahələrdə fəal, əmək bazarının tələblərinə uyğun gənclərin işəgötürənlərlə bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsidir. Həmçinin gənclərlə yanaşı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə təşkil edilən əmək yarmarkaları işaxtaran və işsiz vətəndaşların, xüsusi ilə onlar arasında gənclərin layiqli işlə təmin olunması sahəsində mühüm bir addım hesab olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası aprel ayının 14-də Babək rayonunda keçirilib. Keçirilən əmək yarmarkasında işaxtaranlara 7-si dövlət və 18-i özəl sektor olmaqla, ümumilikdə 25 müəssisədən 177 boş iş yeri təqdim edilib ki, bunlardan 73-ü qulluqçu vəzifəsi, 104-ü isə fəhlə peşəsi təşkil edib. Qeyd edək ki, əmək yarmarkalarında 31 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunmuş, 17 nəfərin ictimai işlərə cəlb olunması və 12 nəfərin isə Özünüməşğulluq Proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin peşəkar kadrların hazırlanması məqsədi ilə peşə kurlarına getmək istəyən 9 şəxs qeydiyyta alınmışdır ki, təlim proqramını uğurla başa vuran şəxslərin münasib işlə təmin olunması üçün köməklik göstəriləcəkdir.
Əmək yarmarkaları aprel ayı ərzində davam edəcək və növbəti əmək yarmarkası aprel ayının 15-də Şərur rayonunda təşkil ediləcəkdir.

747997
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
64
520
8387
26771
747997

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg