Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında bilik yarışı keçirilib

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Belə ki, onların cəmiyyətə inteqrasiyası, sosial rifahının yaxşılaşdırılması, təhsil hüquqları, sosial adaptasiyası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, sağlamlıq imkanları məhdud uşaqların gələcəkdə layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması, təhsilə cəlbinin davamlılığının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsilə və cəmiyyətə inteqrasiyası, inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi, müvafiq kateqoriyadan olan uşaqların sosial reabilitasiyasının təmin olunmasıdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, intelektual səviyyəsinin artırılması müxtəlif peşə sahələrinə yiyələnmələri eləcə də müxtəlif sahələrdə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Sevindirici haldır ki, bu gün muxtar respublika səviyyəli müxtəlif idman yarışlarında, həmdə bilik yarışlarında sağlamlıq imkanları məhdud uşaqlar sağlam gənclərdən geridə qalmır, müxtəlif diplom və qiymətli hədiyyələrlə mükafatlandırılır.
Bu gün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Vətənim Azərbaycandır” mövzusunda bilik yarışının əsas məqsədi, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında elm və təhsilə marağın artırılması, onların intelektual səviyyəsinin yüksədilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi və sosial reabilitasiyasına nail olunmasıdır. Yarışda Muxtar Respublikanın bütün bölgələrini təmsil edən 8 komanda mübarizə apararaq, komandalar və komanda üzvləri qiymətli hədiyyə, diplom və fəxri fərmanlara mükafatlandırılıb. Gələcəkdə də bu cür yarışların keçirilməsi nəzərdə tutulur.

748532
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
599
520
8922
27306
748532

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg