Naxçıvan şəhərində əmək yarmarkası keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Dövlət Proqramının icrası ilə əlaqədar, ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, vergi orqanlarında qeydiyyatdan keçmiş
işəgötürən fiziki və hüquqi şəxslər haqqında məlumatlar dəqiqləşdirilib, müəssisələr tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət məqsədi ilə sahibkarlıq subyektlərində monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib. Görülən bu işlərlə yanaşı, muxtar respublikada işaxtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili də diqqət mərkəzində saxlanılır. Əmək bazarına çıxışının dəstəklənməsi üçün yarmarkada vakant iş yerləri işaxtaran vətəndaşlara təklif olunur və onlara bu vakant iş yerlərinə göndərişlər verilir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə bu tədbirlər çərçivəsində peşə hazırlığına cəlb olunurlar. Əmək yarmarkalarında həmçinin, vətəndaşların ödənişli ictimai iş yerlərinə və özünüməşğulluq proqramına cəlb olunması üçün qeydiyyatı aparılır. Bu tədbirlərin davamı olaraq, növbəti yarmarka Naxçıvan şəhərində keçirilib. Bu əmək yarmarkasında işaxtaranlara 49-u dövlət, 37-i özəl sektor olmaqla, ümumilikdə 86 müəssisədən 674 boş iş yeri təqdim edilib. Əmək yarmarkasında 45 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 8 nəfərin peşə hazırlığı kurslarına və 14 nəfərin isə Özünüməşğulluq Proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Qeyd edək ki, ümumilikdə aprel ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayonlarında keçirilən əmək yarmarkalarına ümumilikdə 113 dövlət və 140 özəl müəssisəsdən 1691 boş iş yeri çıxarılıb. Keçirilmiş əmək yarmarkalarında 214 işaxtaran vətəndaşa göndəriş verilib. Həmçinin təşkil olunmuş yarmarkalarda iştirak edən 46 vətəndaşın peşə hazırlığı kurslarına, 94 vətəndaşın özünüməşğulluq proqramına və 17 işaxtaran vətəndaşın isə haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün qeydiyyatı aparılıb.

753353
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
615
686
5420
1301
753353

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg