Özünüməşğulluq proqramına cəlb edilmiş vətəndaşlarla maarifləndirici görüşlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əhalinin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb. Muxtar respublikada sosial qayğıya ehtiyacı olan аilələrin аktiv

əməyə cəlb еdilməsi, məşğulluğunun təmin оlunmаsı daim diqqət mərkəzində saxlanılır. Bu bахımdаn özünüməşğulluq proqramı sosial qayğıya ehtiyacı olan şəxslərin ailə təsərrüfatlarını qurmalarına, əmək potensialları çərçivəsində gəlirlərini artırmalarına, kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Bununla yanaşı, dövlət proqramının icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin icrası davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq, aprel ayının 23-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə müvafiq proqrama cəlb edilən yerli sakinlərlə görüş keçirilib. Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib və bu mövzularda onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin ardından, müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə aktiv verilmiş təsərrüfatlara baxış keçirilib, təsərrüfat sahiblərinə zəruri tövsiyələr verilib.

762423
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
354
520
1736
10371
762423

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg