Sosial könüllülər Babək rayonunda tənha ahıllara göstərilən xidmətlərdə iştirak ediblər

Bu gün muxtar respublikamızda ahıl insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artır. Onların müxtəlif növ xidmətlərə cəlb edilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər çərçivəsində, əmək qabiliyyətli yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilərək sosial xidmətə qəbul olunur.
Hazırda bu kateqoriyan olan 300-ə yaxın ahıla evlərində sosial məişət xidməti göstərilir ki, sözügedən tədbirlərdə Sosial könüllülərin də iştirakı təmin edilir və onların köməyə ehtiyacı olan tənha ahılların evlərinə artıq ənənə halını almış ziyarətləri mütəmadi olaraq davam etdirilir. Növbəti belə tədbir, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Babək rayonunda baş tutub. Sosial könüllülər rayon ərazisində sosial xidmət göstərilən tənha ahıllara baş çəkib, onlara məişət işlərində köməklik göstəriblər.
Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

745894
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
3
1769
6284
24668
745894

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg