1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə əyləncəli tədbir keçirilib

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb. Bu sahədə hazırlanmış sosial proqramlar onların həyatın bütün sahələrinə tam şəkildə inteqrasiya etməsinə, tibbi reabilitasiyasına, təhsil imkanlarının artırılmasına səbəb olub. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mart ayının 15-də təsdiq etdiyi “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası mühüm əhəmiyyətə malikdir.
Proqramın icrası çərçivəsində, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili və istirahətlərinin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə bir sıra tədbirlər, o cümlədən yarış, sərgi, müsabiqələr, əlamətdar günlərdə onlarla görüşlər keçirilir. Həyata keçirilən bu tədbirlərin davamı olaraq, iyun ayının 1-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondunun və Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqının birgə təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müvafiq kateqoriyadan olan uşaqlar üçün əyləncəli tədbir təşkil olunub. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında gələcəyimiz olan uşaqların sərbəst inkişafı, onlar üçün uğurlu və işıqlı gələcəyin formalaşdırılması sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Uşaqların təhsili, onların sağlamlığının qorunması, fiziki inkişaflarının təmin olunması məqsədilə son illər muxtar respublikada müasir standartlara uyğun tibb müəssisələri, idman obyektləri, təhsil ocaqları istifadəyə verilib. Həyata keçirilən bu tədbirlər 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqları da əhatə edib, onların cəmiyyətə fəal inteqrasiyası daim diqqət mərkəzində saxlanılıb. Müvafiq kateqoriyadan olan uşaqlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, bu sahədə ardıcıl dövlət proqramları təsdiq olunub. Nazir əlavə edib ki, sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə bu kimi tədbirlərin təşkili, müvafiq kateqoriyadan olan uşaqların cəmiyyətə daha fəal inteqrasiyası ilə yanaşı, həm də onların sərbəst yaşayış imkanlarını formalaşdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. Muxtar respublikamızda da uşaqlarla iş dövlətin daim diqqət mərkəzindədir. Bu gün muxtar respublikamızda sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası üçün mühüm tədbirlər reallaşdırılır. Bu istiqamətdə sosial könüllülərin rolu yüksək qiymətləndirilməlidir. Çünki xüsusi günlərdə və bayram ərəfələrində sosial könüllülərimiz həmin kateqoriyadan olan uşaqların yanında olmaqla, öz gənclik öhdəliklərini yerinə yetirirlər.
Çay süfrəsi ətrafında keçirilən tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud istedadlı uşaqlardan ibarət musiqi qrupunun və əlilliyi olan şəxslərdən ibarət “İnam” musiqi qrupunun ifaları dinlənilib, sosial könüllülər və sağlamlıq imkanları məhdud istedadlı uşaqlar tərəfindən birgə hazırlanmış rəqs nömrələri və səhnəciklər nümayiş olunub. Tədbir iştirakçılar arasında müxtəlif əyləncəli oyunlarla və “Əyləncə Adası”nda gəzinti ilə davam etdirilib. Sağlamlıq imkanları məhdud uşaqlar tədbirdə fəal iştirak ediblər və tədbirin sonunda fərqlənən sosial könüllülərlə birgə qiymətli hədiyyələr və fəxri fərmanlarla təltif olunublar.
Qeyd edək ki, tədbirdə istedadlı sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən hazırlanmış əl işlərinin sərgisi də təşkil olunub.

746297
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
406
1769
6687
25071
746297

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg