Sağlamlıq imkanları məhdud istedadlı şəxslərlə maarifləndirici görüş keçirilib

Bu gün muxtar respublikamızda əlilliyi olan şəxslərin ictimai həyata fəal inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, müxtəlif tədbirlər təşkil olunur, əlamətdar günlərdə onlarla görüşlər keçirilir, yaradıcılıq müsabiqələri, sərgi-satışlar təşkil olunur. Sevindirici haldır ki, bu tədbirlərdə sosial könüllülər də fəallıq göstərir və hazırlanmış əl işlərinin sərgi və festivallarda nümayişinə dəstək olurlar. Müvafiq kateqoriyadan olan şəxslərin əmək fəaliyyətinin stimullaşdırılması və ticarət imkanlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il ərzində maarifləndirici tədbirlərin təşkilinə xüsusi əhəmiyyət verilir.
İyulun 13-də sağlamlıq imkanları məhdud istedadlı şəxslərlə növbəti görüş təşkil olunub. Görüşdə çıxış edənlər, muxtar respublikada müvafiq kateqoriyadan olan şəxslərin məşğulluqlarının təmin edilməsi, istedadlarının üzə çıxarılması və onlar tərəfindən hazırlanmış məhsulların satış imkanlarının artırılması məqsədilə görülən işlərdən danışıb, bu istiqamətdə iştirakçılara müvafiq tövsiyyələr veriblər. Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bu sahədə görülən işlərdən və nəzərdə tutulan tədbirlərdən bəhs olunub. Bununla yanaşı, tədbir iştirakçılarından 7 nəfərin Özünüməşğulluq proqramına, 1 nəfərin isə müvafiq peşə hazırlıq kursuna qeydiyyatı aparılıb.
Qeyd edək ki, bu kimi tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.

746115
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
224
1769
6505
24889
746115

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg