Sağlamlıq imkanları məhdud uşaqlar arasında şeir müsabiqəsi keçirilib Muxtar respublikamızda sağlamlıq imkanları məhdud olan uşaqlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunub

Respublikası Ali Məclisi Sədri tərəfindən mart ayının 15-də təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində, müvafiq kateqoriyadan olan uşaqların iştirakı ilə müxtəlif yaradıcılıq tədbirlərinin, bilik müsabiqələrinin təşkili, onların cəmiyyətə daha fəal inteqrasiyası ilə yanaşı, həm də istedadlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında növbəti şeir müsabiqəsi keçirilib. 1 avqust – Azərbaycan Dili və Əlifbası Günü münasibətilə baş tutan tədbirdə müvafiq kateqoriyadan olan uşaqlar tərəfindən bu mövzuda şeirlər səsləndirilib. Müsabiqənin yekununda münsiflər heyətinin qərarına əsasən, ən yaxşı nəticə göstərmiş üç iştirakçıya diplomlar, ümumilikdə bütün iştirakçılara isə oxunması zəruri olan kitablar təqdim olunub.
Qeyd edək ki, bu kimi müsabiqələrin digər məqsədi həm də, sağlamlıq imkanları məhdud uşaqların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının artırılmasından ibarətdir.

763951
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
506
852
3264
11899
763951

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg