Daha bir peşə kursunu bitirən müdavimlərə müvafiq sertifikatlar təqdim olunub

Muxtar respublikamızda yeni istehsal sahələrinin, sənaye müəssisələrinin yaradılması nəticəsində müxtəlif peşələr üzrə ixtisaslı mütəxəssislərə ehtiyac artır. İqtisadiyyatın davamlı inkişafı peşəkar işçi qüvvəsinin formalaşmasını və əmək bazarına uyğun kadr hazırlığının həyata keçirilməsini zəruri edir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə əlverişli zəmin yaradıb.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir¬liyinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində daha bir peşə kursu başa çatdırılıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva peşə kurslarının təşkilinin ixtisaslı kadr hazırlığındakı əhəmiyyətindən danışıb və qeyd edib ki, bu gün başa çatdırılan “Dayə” hazırlıq kursu da muxtar respublika ərazisində yerləşən uşaq baxçalarının kadrlara olan təlabatının ödənilməsində mühüm rol oynayacaqdır.
Daha sonra, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir¬liyi aparatının rəhbəri Vüsal Süleymanlı ötən dövr ərzində peşə kurslarının təşkili çərçivəsində görülən işlər və tətbiq olunan yeniliklər haqqında məlumat verib. V.Süleymanlı bildirib ki, təkcə cari ilin birinci yarısı ərzində Mərkəzdə müxtəlif peşələr üzrə 9 kurs təşkil olunub, ümumilikdə bu kurslara 151 müdavim cəlb edilib.
Tədbirin davamında “Dayə” peşə kursunu uğurla bitirən müdavimlərə müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir¬liyinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində hazırda “Bərbər”, “Xalçaçı” peşə hazırlığı, “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər” və “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” ixtisasartırma kursu üzrə 59 nəfər müdavim tədrisi davam etdirir.

746674
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
135
648
7064
25448
746674

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg