27 avqust 2021-ci il tarixdə Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar аrаsındа atletikanın qaçış növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, birinciliyin keçirilmə məqsədi uşaqları zərərli vərdişlərdən kənarlaşdırmaq və onların idmana olan marağını artırmaqdan ibarətdir. Daha sonra Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının əməkdaşı Arzu Zeynalov çıxış edərək idmançılara uğurlar arzulamışdır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Naxçıvan şəhər bölməsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda federasiyanın şəhər bölməsinin 11 idmançısı iştirak etmişdir. Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 100 metr məsafədə İlqar Məmmədli I yerə, Nihal İmanov II yerə, İlkin Fətullayev isə III yerə layiq görülmüşdür. Sonda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim olunmuşdur.

753829
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
243
848
5896
1777
753829

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg