Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Tədbirdə çıxış edən nazir Nicat Babayev bildirib ki, avqust ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Nazirliyə payız-qış mövsümündə, tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı tədbirlər görülməsi, hərbi hissələr üçün isti geyimlərin toxunması işinin bu il də davam etdirilməsi barədə bir sıra tapşırıqlar verilib. Verilmiş tapşırıqların icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qarşıda duran vəzifələr müəyyənləşdirilib, bununla əlaqədar “Tədbirlər Planı” təsdiq olunub və nazirlik daxilində komissiya yaradılıb.
Nazir bildirib ki, ötən dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də bu istiqamətdə zəruri işlər görülmüş, qarşıya qoyulan vəzifələrin icrasına xüsusi diqqətlə yanaşılmışdır. Bu məqsədlə hər ilin müvafiq dövründə, sağlamlıq imkanları məhdud qadınların toxuduğu isti qış geyimləri hərbi hissələrə təhvil verilmiş, qazanxana işçiləri qabaqcadan təlimatlandırılmış, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən xidmətlər mövsümi şərtlərə uyğunlaşdırılmışdır. İnzibati binaların qışa hazırlığı, xidməti avtomobillərin sazlığı daim nəzarətdə saxlanılmışdır.
Ötən ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunmuş 4100 cüt corab, 3000 ədəd boyunluq, 920 ədəd şərf və 1400 ədəd jilet haqqı ödənilməklə təhvil alınaraq, hərbi hissələrə verilmişdir. Həmçinin, Fövqəladə Hallar Nazirliyi ilə birgə muxtar respublikada fəaliyyət göstərən 770 müəssisənin qazanxanalarında işləyən mövsümi işçilər üçün maarifləndirmə tədbirləri icra olunmuşdur. Bununla yanaşı, peşə təhsilinə malik olmayan, işaxtaran kimi qeydiyyatda olan şəxslərin vakant iş yerlərinə göndərilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Qazanxana maşinisti” peşəsi üzrə təşkil olunmuş 8 kursa 140 nəfər, cəzaçəkmə müəssisəsində təşkil edilmiş eyniadlı kursa 12 nəfər, “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər” ixtisasartırma kursuna isə 21 nəfər cəlb olunmuşdur. Mövsümi hazırlıqlarla əlaqədar, sosial könüllülərin iştirakı ilə muxtar respublikanın bütün şəhər və rayonlarında sosial xidmətə qəbul edilmiş tənha ahıllara və əlilliyi olan şəxslərə evlərində baş çəkilmiş, hava şəraiti ilə əlaqədar ehtiyaclarına uyğun mövsümi ləvazimatlar təqdim olunmuşdur. Bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin payız-qış mövsümünə hazırlığı ilə bağlı zəruri tədbirlər görülmüş, Ahıllar Evinin, bərpa müəssisələrinin qazanxana sistemində yeni su qızdırıcı avadanlıq quraşdırılmışdır. N.Babayev əlavə edib ki, görülən bu işlərlə yanaşı, cari il ərzində də Nazirlik və struktur təşkilatlarında qazanxanaların yoxlanılması, istilik sistemlərinin qışa hazır vəziyyətə gətirilməsi və aşkar olunan çatışmamazlıqların aradan qaldırılması, xidməti avtomobillərin payız-qış mövsümünə hazır vəziyyətə gətirilərək yoxlanışa hazırlanması və digər zəruri tədbirlərin icrası nəzarətdə saxlanılmalıdır.
Tədbirin gedişində məruzə ətrafında çıxışlar dinlənilib, payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı görüləcək işlərin müzakirəsi aparılıb. İclas müvafiq tapşırıqların icrası ilə əlaqədar tərtib olunmuş “Tədbirlər Planı”nın oxunuşu ilə başa çatdırılıb.

746295
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
404
1769
6685
25069
746295

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg