Şəhid ailələri və müharibə iştirakçıları yüksək diqqət və qayğı ilə əhatə olunublar

Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirlərinin həcmi ilbəil yüksəldilir, onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis olunur, sosial ödənişlərin məbləği mütəmadi artırılır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ilin yanvar ayının 1-dən Prezident təqaüdlərinin məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması, o cümlədən yeni Prezident təqaüdlərinin təsis edilməsi bu qayğının növbəti təzahürüdür. Bu gün, muxtar respublikamızda da ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş şəxslərin tibbi və sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onlar üçün sosial dəstək proqramlarının icrası uğurla davam etdirilir. Təsadüfi deyil ki, müharibə veteranlarının, şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunması, onların maddi-məişət şəraitinin yaxşılaşdırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bugünədək müvafiq kateqoriyadan olan 526 şəxsə avtomobil verilmiş, 256 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11000 min manat birdəfəlik ödəmənin verilməsi də muxtar respublikada da uğurla təmin olunmuşdur. Görülən bu işlərlə yanaşı, şəhid ailələrinin müalicələrinə köməklik göstərilməsi, asudə vaxtlarının və məşğulluqlarının təmin olunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Onların bərpa mərkəzlərində müalicələri təşkil edilir, sanatoriya və kurort yollayışları ilə təmin edilirlər. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə 5214 müharibə veteranına sosial müavinət, 320 şəhidin 556 üzvünə Prezident təqaüdu ödənilir. Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda sağlamlıqlarını itirmiş 700-ə yaxın şəxsə də president təqaüdlərinin ödənilməsi davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin məşğulluq problemlərinin həlli də muxtar respublikada diqqət mərkəzində saxlanılır. il ərzində 21 şəhid, 10 qazi ailəsi, 10 müharibə veteranı özünüməşğulluq proqramına cəlb edilmiş, məşğulluq sahəsində keçirilən digər tədbirlərdə bu kateqoriyadan olan şəxslərə üstünlük verilmişdir.
Ötən ilin sonlarında başlayan və tariximizə qızıl hərflərlə yazılmış Vətən Müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikamızda sistemli və ardıcıl xarakter daşıyır, bu sahədə bir sıra tədbirlər həyata keçirilir.
Vətən Müharibəsi zamanı torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılır, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sahəsində, bu kateqoriyadan olan şəxslərin mənzil və avtomobillərlə təminatı diqqət mərkəzində saxlanılır, sağlamlığını itirmiş insanlara müvafiq əlillik dərəcələrinin təyin olunması istiqamətində zəruri addımlar atılır. Eyni zamanda, ötən dövr ərzində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları üçün Psixoloji Dəstək Xidməti təşkli edilmiş, xidmətdə 40-a yaxın şəxslə seanslar aparılmışdır. Əlavə olaraq, bu sahədə görülən işlərlə bağlı əhali arasında ictimai maarifləndirmənin artırılması məqsədilə Nazirliyin saytında “şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək” bölməsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı əsasında yaradılmış, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”na fiziki və hüquqi şəxslər tərəfindən könüllü ianələrin ödənişi davam etdirilir. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə "Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılmışdır. Fərmanın icrası ilə bağlı ötən müddət ərzində, ümumilikdə 124 şəhidin 246 ailə üzvünə müvafiq vəsiqələr verilmiş, şəhidlərin 284 ailə üzvünə Prezident təqaüdü, 43 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda müharibə iştirakçılarının reabilitasiyası məqsədilə, Bakı şəhərində ən yüksək texnologiya əsasında 3 nəfərin aşağı ətraf protezi hazırlanmışdır. Həmçinin, ötən müddət ərzində vətən müharibəsi iştirakçılarından 7 nəfər Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə almış, 11 nəfərə 18 ədəd reabilitasiya vasitəsi təqdim edilmişdir. Həyata keçirilən bu tədbirlərlə yanaşı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə yaradılan "Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi”nin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə səmərəliliyin artırılması məqsədilə yeniliklərin tətbiqi də daim diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş fəaliyyət proqramında elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı verilmiş tapşırıqların icrasına uyğun olaraq, "Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi"nin elektron bazası hazırlanmış və artıq istifadəyə verilmişdir.

755735
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
511
718
7802
3683
755735

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg