1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə muxtar respublikamızda silsilə tədbirlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində, Şərur rayonunun uzunömürlü sakini – 100 yaşlı Laçın Tağıyevaya ilə evində görüş keçirilmiş, Beynəlxalq Ahıllar Günü münasibətilə uzunömürlü sakinə hədiyyələr təqdim olunmuşdur. Görüşdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova iştirak etmişdir. Tədbirdə bildirilmişdir ki, muxtar respublikamızda ahıl şəxslərin, o cümlədən uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin əsas qayğılarındandır. Bu məqsədlə müvafiq işlər görülür, onlara müxtəlif sosial xidmətlər göstərilir, sağlamlıqlarının qayğısına qalınır, zəruri sosial məsələləri yerində həll olunur.
Şərur rayon sakini Laçın Tağıyeva və ailə üzvləri göstərilən diqqət və qayğıya qayğıya görə dövlətimizə minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, əlamətdar gün münasibətilə həftə ərzində sosial könüllülərin iştirakı ilə muxtar respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan tənha ahıllara da baş çəkilmiş, onlara mövsümi təmizlik işlərində, məişət məsələlərinin həllində köməklik göstərilmişdir.

755204
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
698
920
7271
3152
755204

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg