Növbəti əmək yarmarkası Culfa rayonunda keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının səmərəliliyinin artırılmasına öz töhfəsini verir. Dövlət Proqramının icrası ilə əlaqədar, işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradılır, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkili, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsi, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluqların təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan, əmək yarmarkaları da əhalinin məşğulluğunun təmin olunmasında və sosial müdafiəsinin yaxşılaşdırılmasında aktiv məşğulluq tədbiri kimi mühüm rol oynayır.
Bu günlərdə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək yarmarkalarının təşkili davam etdirilir. Müvafiq dövlət proqramının icrası çərçivəsində, növbəti belə tədbir Culfa rayonunda keçirilib. Qeyd edək ki, sözügedən tədbirə, işaxtaranlarla yanaşı hərbi xidmətdən yeni təxris olunmuş gənclər də dəvət olunub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə, onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Keçirilən əmək yarmarkasında işaxtaranlara ümumilikdə 24 müəssisədən 163 boş iş yeri təqdim edilib. Nəticədə, 21 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 9 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 7 nəfərin qeydiyyatı aparılmışdır ki, onlardan 4 nəfərini hərbi xidmətdən təxris olunmuş gənclər təşkil edib.
Növbəti əmək yarmarkası oktyabrın 15-də Şahbuz rayonunda keçiriləcəkdir.

755281
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
57
718
7348
3229
755281

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg