Növbəti əmək yarmarkası Şahbuz rayonunda keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası oktyabr ayının 15-də Şahbuz rayonunda keçirilib. Qeyd edək ki, sözügedən tədbirə, işaxtaranlarla yanaşı hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də dəvət olunub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə, onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Əmək yarmarkasında işaxtaranlara ümumilikdə 23 müəssisədən 126 boş iş yeri təqdim edilib. Nəticədə, 15 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 3 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 4 nəfərin qeydiyyatı aparılıb ki, onlardan 3 nəfərini hərbi xidmətdən tərxis olunmuş gənclər təşkil edib.
Qeyd edək ki, növbəti əmək yarmarkası oktyabrın 18-də Ordubad rayonunda keçiriləcəkdir.

759890
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
233
576
4092
7838
759890

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg