Şəhid övladlarının və sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə “Gənc təlimçilər” adlı tədbir keçirilib

Bu gün, Naxçıvan Muxtar Respublikasında gələcəyimiz olan uşaqların sərbəst inkişafı, onlar üçün uğurlu və işıqlı gələcəyin formalaşdırılması sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Xüsusən, muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqların təhsilinə, istedadlarının üzə çıxarılmasına xüsusi həssaslıqla yanaşılır, onların fərdi inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən cari ilin mart ayının 15-də təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası mühüm əhəmiyyətə malikdir.
Dövlət Proqramının icrası çərçivəsində növbəti tədbir sosial könüllülərin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Bu tədbirdə, şəhid övladları və sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Nazirlik əməkdaşı Əjdərəli Qafarov muxtar respublikda sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən xidmətlərdən danışıb, tədbirin əhəmiyyətindən bəhs edib. Daha sonra təlimlərə start verilib. Qeyd edək ki, tədbirdə “Özünü inkişaf, nitq və ünsiyyət bacarıqları”, “Azərbaycan tarixdən bu günə” və “Xarici dil bacarıqlarına yiyələnmə” adlı mövzular üzrə təlimlər keçirilib, slaydlar nümayiş olunub. Həmçinin, təlim iştirakçıları üçün çay süfrəsi təşkil olunub, mövzular ətrafında müzakirələr aparılıb.
Əlavə edək ki, təlimlərin gələcəkdə də müxtəlif mövzularda davam etdirilməsi nəzərdə tutulur.

765003
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
474
1084
4316
12951
765003

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg