Naxçıvan şəhərində əmək yarmarkası keçirilib

Muxtar respublikamızda işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan, gənclərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan, əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə təşkil edilən əmək yarmarkaları bu kateqoriyadan olan şəxslərin işlə təmin olunması istiqamətində vacib məşğulluq tədbirlərindən biridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası oktyabr ayının 19-da Naxçıvan şəhərində keçirilib. Qeyd edək ki, sözügedən tədbirə, işaxtaranlarla yanaşı hərbi xidmətdən yeni təxris olunmuş gənclər də dəvət olunub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə, onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Əmək yarmarkasında işaxtaranlara ümumilikdə 88 müəssisədən 703 boş iş yeri təqdim edilib. Nəticədə, 43 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 8 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 15 nəfərin qeydiyyatı aparılıb ki, onlardan 6 nəfərini hərbi xidmətdən təxris olunmuş gənclər təşkil edib.
Növbəti əmək yarmarkası oktyabrın 21-də Şərur rayonunda keçiriləcəkdir.

765029
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
500
1084
4342
12977
765029

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg