Şərur rayonunda əmək yarmarkası keçirilib

Əmək yarmarkaları işaxtaran və işsiz vətəndaşların, məşğulluğu istiqamətində mühüm tədbirlərdən biri hesab olunur. Əmək yarmarkalarında müəssisələrdə olan vakant iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və onlara bu vakant iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb olunurlar. Vətəndaşların ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası oktyabr ayının 21-də Şərur rayonunda keçirilib. Qeyd edək ki, sözügedən tədbirə, işaxtaranlarla yanaşı hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də dəvət olunub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə, onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Əmək yarmarkasında işaxtaranlara ümumilikdə 52 müəssisədən 253 boş iş yeri təqdim edilib. Nəticədə, 35 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 13 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 3 nəfərin qeydiyyatı aparılıb.
Qeyd edək ki, növbəti əmək yarmarkası oktyabrın 22-də Babək rayonunda keçiriləcəkdir.

765014
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
485
1084
4327
12962
765014

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg