Ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya səfəri davam edir

Artıq məlum olduğu kimi, bu günlərdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin digər regionlarından olan daha 47 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, Səhiyyə Nazirliyinin Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, “Duzdağ” Fizioterapiya Mərkəzində və Darıdağ arsenli su müalicəxanasında müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, səfər müddətində qonaqlar muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına ekskursiyalara aparılıb, oktyabrın 21-də isə onlar üçün “Duzdağ” Fizioterapiya Mərkəzində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun konsert proqramı təşkil olunub. Bu bədii tədbir muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəsürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya bu kimi səfərlərinin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

755220
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
714
920
7287
3168
755220

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg