Babək rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Dövlət Proqramının icrası ilə əlaqədar ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, işəgötürən fiziki və hüquqi şəxslər haqqında məlumatlar dəqiqləşdirilib, müəssisələr tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət məqsədi ilə sahibkarlıq subyektində monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib. Dövlət Proqramının icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili də diqqət mərkəzində saxlanılıb.
Bu məqsədlə, növbəti əmək yarmarkası Babək rayonunda keçirilib. Sözügedən tədbirə, işaxtaranlarla yanaşı hərbi xidmətdən yeni təxris olunmuş gənclər də dəvət olunub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərə, onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Əmək yarmarkasında işaxtaranlara ümumilikdə 32 müəssisədən 187 boş iş yeri təqdim edilib. Nəticədə, 34 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 15 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 9 nəfərin qeydiyyatı aparılıb ki, onlardan 4 nəfərini hərbi xidmətdən təxris olunmuş gənclər təşkil edib.
Qeyd edək ki, oktyabr ayı ərzində muxtar respublikanın şəhər və rayonlarında keçirilən əmək yarmarkalarına ümumilikdə 129 dövlət və 136 özəl müəssisədən 1780 boş iş yeri çıxarılıb. Bu tədbirlər zamanı 183 işaxtaran vətəndaşa göndəriş verilib. Bununla yanaşı, 49 vətəndaşın peşə hazırlığı kurslarına, 85 nəfərin isə özünüməşğulluq proqramına cəlb olunması üçün qeydiyyatı aparılıb

765022
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
493
1084
4335
12970
765022

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg