Sosial könüllülər Culfa rayonunda tənha ahılları ziyarət ediblər

Muxtar respublikada davamlı iqtisadi inkişafın təmin olunması nəticəsində ahıl vətəndaşlara göstərilən sosial xidmətlər təkmilləşdirilib, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb.
Hazırda bu kateqoriyadan olan 300-ə yaxın ahıla evlərində sosial məişət xidməti göstərilir ki, sözügedən tədbirlərdə Sosial könüllülərin də iştirakı təmin edilir və onların köməyə ehtiyacı olan tənha ahılların evlərinə artıq ənənə halını almış ziyarətləri mütəmadi olaraq davam etdirilir. Növbəti belə tədbir, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Culfa rayonunda baş tutub. Sosial könüllülər rayon ərazisində sosial xidmət göstərilən tənha ahıllara baş çəkib, onlara məişət işlərində köməklik göstəriblər. Eyni zamanda, payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq, könüllülər tənha ahıllara geyim və ləvazimatlar təqdim edib, zəruri mövsümi avadanlıqlarının quraşdırılmasını təmin ediblər.
Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

764990
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
461
1084
4303
12938
764990

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg