Ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya səfəri davam edir

Bu günlərdə ölkəmizin digər regionlarından olan daha 47 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, Səhiyyə Nazirliyinin Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, “Duzdağ” Fizioterapiya Mərkəzində və “Darıdağ” arsenli su müalicəxanasında müalicə alıb, istirahət ediblər. Ötən həftə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə onlar üçün “Duzdağ” Fizioterapiya Mərkəzində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun konsert proqramı təşkil olunub. Əlavə olaraq, səfər müddətində qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsinə, Xan sarayına, “Əcəmi” seyrangahında təşkil olunmuş açıq səma altında muzeyə ekskursiyası baş tutub, daha sonra onlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Ekskursiyanın davamında, sağlamlıq imkanları məhdud şəxslər üçün “Sahil Parkı”nda çay süfrəsi təşkil olunub.
Bu gəzinti muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəsürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, ölkəmizin digər bölgələrindən sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya bu kimi səfərlərinin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

764950
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
421
1084
4263
12898
764950

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg