"Araz" Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi yenidən qurulub

Muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən olan Şərur rayonunda iqtisadiyyatın bütün sahələri inkişaf edib, aqrar sahədə islahatların əhatə dairəsi genişlənib. Bunun nəticəsidir ki, Şərur artıq aqrar sahədə inkişafın yeni mərhələsini yaşayır. Rayonda torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində və əkinçilikdə yeni metodların tətbiqində
akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi mühüm rol oynayır.
Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dayaq məntəqəsində yaradılan şəraitlə tanış olub.
Ali Məclisin Sədri çıxış edərək deyib: “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi də bu gün yenidən qurularaq kollektivin istifadəsinə verilir. Burada fəaliyyət üçün hərtərəfli şərait yaradılmışdır. Şərur rayonunun çox qədim əkinçilik ənənələri vardır. Uzun illər burada istehsal olunan məhsullar ölkəmizin qida təhlükəsizliyini təmin edib. Dayaq məntəqəsi həmin əkinçilik ənənələrini qorumalı, davam etdirməli, qədim və yerli meyvə sortlarının, dənli bitkilərin və digər ərzaq məhsullarının bərpası sahəsində iş aparılmalıdır. Balansda olan 8,1 hektar ərazi müəssisəyə gəlir gətirməlidir.
Ali Məclisin Sədri yaradılan şəraitə görə kollektivi təbrik edib, gələcək təcrübə işlərində uğurlar arzulayıb.
Ali Məclisin Sədri “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi ərazisində əkilən buğda, arpa, yerli qarğıdalı, eləcə də meyvə və çərəz sortları nümunələrinə baxıb. Qeyd olunub ki, ərazidə Şərur şəraitində yerli “Qarabağlar”, “Xələc” və türk mənşəli “Bayram-1” soğan sortlarının gübrə normalarının, yeni texnologiyaların tətbiqi və qida mühitinin əkin sıxlığının məhsuldarlığına təsiri elmi əsaslarla öyrənilir.
Binaya baxış zamanı məlumat verilib ki, burada 3 iş otağı, qarderob və anbar yerləşir. Məntəqənin istifadəsində 2,8 hektar kolleksiya meyvə bağı, 2 hektar taxıl, 0,8 hektar təcrübə sahəsi, 2 hektar yağlı dənli bitkilər üçün sahə və 0,5 hektar köməkçi sahə olmaqla, 8,1 hektar torpaq sahəsi vardır. Məntəqənin əsas istiqaməti elmi-tədqiqat, maarifləndirmə, elmi yeniliklərin tətbiqi, genofondun qorunması, toplanması və yayılmasıdır.
Məntəqə müdiri Azər Qafarov minnətdarlıq edərək deyib: “Əvvəllər dayaq məntəqəsinin binası yararsız vəziyyətdə idi, uçmaq təhlükəsi var idi. İndi isə fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmaq üçün hər cür şərait yaradılıb, ərazi çəpərlənib. Biz də yaradılan şəraitə uyğun olaraq çalışacağıq ki, muxtar respublikada məhsuldarlığın inkişafına öz töhfəmizi verək”.

765059
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
530
1084
4372
13007
765059

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg