Dərvişlər kənd mərkəzində hərtərəfli şərait yaradılıb

Oktyabrın 25-də Dərvişlər kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 3945 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 48 internet istifadəçisi vardır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 84 üzvü vardır ki, onlardan da 18-i gənc, 18-i isə qadındır. Ərazi ilk təşkilatının sədri İsmayıl Ağayarov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin gəlişi muxtar respublikamızın hər yerində olduğu kimi, bizim kəndimizdə də böyük ruh yüksəkliyi yaradıb. Həyata keçirilən quruculuq işləri kəndimizə müasir görkəm verib. Bu gün istifadəyə verilən müasir sosial obyektlər kənd sakinlərinin rahat yaşayışını təmin edəcəkdir. Bütün bunlar isə hakim partiya olan Yeni Azərbaycan Partiyasının fəaliyyətinin nəticəsində mümkün olub. Təşkilatımızın üzvləri kənddə gedən bütün siyasi proseslərdə fəallıq göstərirlər”.
Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.
Ali məclisin Sədri dezinfeksiya işlərinin vaxtında aparılması və dərmanla təminat barədə tapşırıqlar verib.
Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.
Məntəqə müdiri Nəzakət Mehdiyeva yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Əvvəllər uyğunlaşdırılan binada fəaliyyət göstərirdik. İndi bizim üçün müasir iş şəraiti yaradılıb, feldşer-mama məntəqəsi zəruri tibbi avadanlıqlarla təmin olunub. Bu qayğıya cavab olaraq bundan sonra da daim əhalinin sağlamlığının keşiyində duracağıq”.
Ali Məclisin Sədri tibbi xidmətin, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzi xəstəxanasından həkim briqadalarının bura göndərilməsi barədə tapşırıqlar verib.

765032
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
503
1084
4345
12980
765032

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg