Maarifləndirici seminarlar davam etdirilir

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsinə dair maarifləndirici seminarlar davam etdirilir. Növbəti seminar fevralın 21-də Babək rayonunda keçirilib. Babək rayonunda fəaliyyə göstərən müəssisə və təşkilatlarının kadrlar üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən seminarda

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsinə dair maarifləndirici söhbətlər aparılıb və slaydlar nümayiş etdirilib. Seminarda elektron informasiya sisteminə yeni əlavə edilmiş “ştat cədvəli” adlı pəncərə barədə məlumatlar verilib, qeyd olunub ki, sistemə yeni əmək müqavilələri üzrə bildiriş daxil edilməzdən öncə, müvafiq ştat vahidi də əlavə olunmalıdır. Daha sonra mövzu ətrafında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

746263
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
372
1769
6653
25037
746263

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg