Naxçıvanda Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər olub

Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib, onlara ehtiyaclarına uyğun sovqatlar verilib.
Bu məqsədlə, keçirilən tədbirlərdə çıxış edənlər muxtar respublikada məhdud fiziki imkanlı insanlara göstərilən tibbi və sosial reabilitasiya xidmətlərindən, bu istiqamətdə son illərdə tətbiq olunan yeniliklər, əldə edilən nəticələrdən danışıblar. Həmçinin vurğulanıb ki, əlilliyi olan şəxslərə müvafiq təqaüd və sosial müavinətlər ödənilir, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Qeyd edək ki, muxtar respublikanın rayon mərkəzlərində də Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib. Bu tədbirlərdə, məhdud fiziki imkanlı şəxslərlə keçirilən görüşlərdə iştirak edə bilməyən hərəkət qabiliyyəti məhdud şəxslərə evlərində baş çəkilib, sovqatlar verilib. Müvafiq kateqoriyadan olan şəxslər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

761565
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
862
878
9513
761565

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg