Ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya səfəri davam edir

Bu günlərdə ölkəmizin digər regionlarından olan 40 nəfərədək sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, “Duzdağ” Fizioterapiya Mərkəzində və “Darıdağ” arsenli su müalicəxanasında müalicə alıb, istirahət ediblər.
Ötən həftə ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə qonaqlar muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına ekskursiyalara aparılıb, dekabrın 6-da isə onlar üçün “Duzdağ” Fizioterapiya Mərkəzində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun konsert proqramı təşkil olunub. Bu bədii tədbir muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəsürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya bu kimi səfərlərinin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

765254
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
31
694
4567
13202
765254

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg