Sədərəkdə bu həftə sağlamlıq imkanları məhdud şagirdlərə həsr olunan tədbirlər keçiriləcək

"2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Sədərək rayonunda sağlamlıq imkanları məhdud şagirdlər həftəsi keçirilir. Rayon İcra Hakimiyyəti, Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Gənclər və idman idarəsi, Təhsil şöbəsi və Paralimpiya Federasiyası rayon bölməsinin birgə təşkilatçılığı ilə 13-17 dekabr tarixlərini əhatə edəcək həftəlik tədbirlərə bu gün keçirilən rəsm müsabiqəsi ilə start verilib.
Dəmirçi kənd tam orta məktəbində reallaşan müsabiqədə ümumtəhsil məktəblərindən 20 şagird iştirak edib.
Çıxış edənlər bildiriblər ki, tədbirin keçirilmə məqsədi sağlamlıq imkanları məhdud uşaq və gənclər arasında Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, istedadlıların üzə çıxarılması, onların bacarıqlarının təkmilləşməsi üçün lazımi şəraitin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.
Sərbəst mövzu üzrə keçirilən müsabiqədə iştirakçılara 2 saat vaxt təyin olunub. Qalib və mükafatçılar münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Qiymətləndirməyə görə ən yaxşı rəsm müəllifi Nərmin Lalayeva seçilib. Anaxanım Abbaslı və Aqşin Əhmədov müvafiq olaraq ikinci, üçüncü sıralara layiq görülüblər.
Qeyd edək ki, müsabiqə və yarışlarda fərqlənən şagirdlər dekabrın 17-si Sədərək Rayon Mədəniyyət Sarayında keçiriləcək yekun tədbirdə mükafatlandırılacaq.

747104
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
565
648
7494
25878
747104

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg