Sağlamlıq imkanları məhdud uşaqlar arasında bilik müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması, istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Dekabr ayının 15-də, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə müvafiq kateqoriyadan olan uşaqlar arasında növbəti bilik müsabiqəsi təşkil olunub. Şərti olaraq “Söz oyunu” adlandırılan müsabiqədə, iştirakçılar təqdim edilən sözlərə uyğun ifadələr səsləndirməklə, məntiqi təfəkkürlərini və nitq qabiliyyətlərini inkişaf etdirməyə çalışıblar. Sosial könüllülərin də iştirak etdiyi müsabiqə uşaqlar tərəfindən böyük maraqla qarşılanıb, onlarda yüksək ovqat yaradıb. Qeyd edək ki, tədbirin yekununda münsiflər heyətinin qərarı əsasında qaliblər müəyyən olunub, bütün iştirakçılar fəxri fərmanlarla mükafatlandırılıb.

755075
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
569
920
7142
3023
755075

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg