Sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

Muxtar respublikamızda əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Müvafiq kateqoriyalı şəxslərə göstərilən reabilitasiya xidmətlərinin həcmi və keyfiyyəti də ilbəil artırılır, dayaq hərəkət sisteminin funksiyalarını itirmiş şəxslərin müvafiq köməkçi və texniki vasitələrlə təminatına xüsusi həssaslıqla yanaşılır. Bu məqsədlə, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Bununla yanaşı, Mərkəzin həkim heyəti tərəfindən muxtar respublika sakinlərinə səyyari xidmətlərin göstərilməsi də davam etdirilir. Bu tədbirlərin davamı olaraq, dekabr ayının 20-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunda əvvəlcədən qəbul edilmiş sifarişlər əsasında fiziki imkanları məhdud şəxslərə protez və ortezlər təqdim olunub, zəruri hallarda istifadə olunan protezlər təmir edilib. Eyni zamanda, səyyari xidmətlər zamanı müvafiq kateqoriyadan olan şəxslər mexaniki təkərli oturacaq, eşitmə aparatı və digər zəruri reabilitasiya vasitələri ilə də təmin olunublar.
Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

754289
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
703
848
6356
2237
754289

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg