Ordubad rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasında roluna dair maarifləndirici tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Ordubad rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, rayon ərazisində yaşayan sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən, onlara göstərilən xidmətlərdən danışıb. Daha sonra çıxış edən Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi, onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. V.Məmmədov bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib. Paralimpiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov isə çıxışında idmanın müvafiq kateqoriyalı şəxslərin həyatındakı əhəmiyyətindən danışıb, bu sahədəki əldə edilən uğurlardan söz açıb. Daha sonra istedadlı sağlamlıq imkanları məhdud gənclər adında Nəzrin Hüseynli çıxış edərək, muxtar respublikada müvafiq kateqoriyadan olan şəxslərə yaradılan şəraitin, göstərin qayğının onların inkişafında mühüm rol oynadığını qeyd edib, gənclər adından dövlətimizə minnətdarlığını bildirib.
Tədbirin davamında, sözügedən mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb. Sonda isə Ordubad rayonunda Paralimpiya Federasiyasının yeni istifadəyə verilmiş stolüstü tennis bölməsi ilə tanışlıq təşkil olunub, bölmənin imkanları haqqında iştirakçılara ətraflı məlumat verilib. Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.

755787
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
563
718
7854
3735
755787

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg