Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hərbi hissəyə aparılan sovqat əsgərlərə təhvil verilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ordubad rayonunda yerləşən sərhəd zastavasında xidmət edən hərbi qulluqçularla görüşüb, onlara bayram sovqatları təqdim ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev hərbi qulluqçuları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yeni ilin gəlişi ilə əlaqədar təbrik edib. Nazir bildirib ki, xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır. Bildirilib ki, avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırığa uyğun olaraq, əlilliyi olan şəxslər tərəfindən 2500 cüt yun corab, 800 ədəd yun jilet və 1000 yun boyunluğun toxunaraq hərbi hissələrə təhvil verilməsi də bu birliyin növbəti bariz nümunəsidir. Nazir çıxışının davamında qeyd edib ki, məhz muxtar respublikada ordu quruculuğuna göstərilən diqqətin nəticəsi olaraq, Vətən müharibəsində qazanılan tarixi qələbədə Naxçıvan hərbçiləri də böyük şücaət göstəriblər.
Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, muxtar respublikada xalq və ordu arasında birliyin parlaq nümunəsi olan bu cür tədbirlər artıq ənənəvi xarakter alıb və hər il mütəmadi olaraq davam etdirilir.

748355
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
422
520
8745
27129
748355

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg