8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə muxtar respublikada yaşayan tənha ahıl qadınlarla görüşlər keçirilib

  • 06 Mart

Muxtar respublikada ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artmaqdadır. Onlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Hazırda tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan 216 nəfərə evlərində, 6 nəfərə isə Ahıllar Evində sosial xidmət göstərilir. Ahıl insanların

sağlamlıqlarının qorunması, tibbi reabilitasiyası da daim diqqət mərkəzində saxlanılır. Onlar həkim müayinəsindən keçirilir, protez-ortopedik və müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyari xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir. Bütün bu görülən işlərlə yanaşı, onların cəmiyyətə inteqrasiyası da daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, sosial könüllülərin iştirak ilə onların evlərinə ziyarətlər təşkil olunur, əlamətdar günlərdə ahıllarla görüşlər keçirilir.
8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində də muxtar respublikada yaşayan tənha ahıllar unudulmayıb. İlk dəfə olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sosial xidmətlər göstərilən 200-ə yaxın tənha ahıl qadın evlərində ziyarət olunub, sosial könüllülərin iştirakı ilə onlara bayram hədiyyələri təqdim olunub. Nazirlik əməkdaşları və sosial könüllülər, Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində də olub, qadın sakinləri bayram münasibətilə təbrik ediblər. Tədbirdə qeyd olunub ki, dövlətimiz tərəfindən qadınlara hərtərəfli diqqət və qayğı göstərilir, onların hüquqlarının təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Xüsusi qayğıya ehtiyacı olan qadınlara göstərilən sosial xidmətlər, keçirilən görüşlər bunun əyani təzahürüdür. Qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

761199
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
512
665
5401
9147
761199

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg