Naxçıvanın yeganə Sosialist Əməyi Qəhrəmanı ilə görüş keçirilib

8-Mart Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçı­lığı ilə Naxçıvan şəhərində yaşayan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüş keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanı qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Bildiriblər ki, muxtar respublikada bütün qadınlarımız, o cümlədən Həvayət Qurbanova kimi zəhmətkeş qadınlarımız daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır, onlara qayğı göstərilir.
Sonra tədbir iştirakçıları Həvayət Qurbanovaya gül buketi və hədiyyə təqdim etmişlər.

760370
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
348
365
4572
8318
760370

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg