Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter alır, onların sosial reabilitasiya imkanları artırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ilin oktyabrın 5-də muxtar respublikaya səfəri zamanı açılışında iştirak etdiyi Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti bu baxımdan mühüm əhəmiyyətə malikdir. Ötən müddət ərzində Mərkəzin maddi texniki bazası möhkəmləndirilib, burada çalışanlar üçün yüksək iş şəraiti yaradılıb, bölmələr bütün müvafiq texnologiyalarla təchiz olunub. Nəticə etibarı ilə, müəssisədə təyinatına uyğun bütün xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Mərkəzdə göstərilən sosial reabilitasiya tədbirləri sırasında, defektoloji bölmələrin fəaliyyəti xüsusi əkhəmiyyəti malikdir. Defektoloji bölmənin təşkilində əsas məqsəd zehni inkişafın ləngiməsi və nitq qüsurları olan uşaqların reabilitasiyasına nail olmaq və onların cəmiyyətə adaptasiyasını təmin etməkdir.
Ötən müddət ərzində bu istiqamətdə aparılan reabilitasiya tədbirlərinin həcminin və keyfiyyətinin artırılması məqsədilə sözügedən bölmənin Şərur və Ordubad rayonlarında filialları yaradılıb. Nəticədə, muxtar respublikanın müxtəlif bölgələrindən olan müvafiq kateqoriyalı şəxslər daha az məsafə qət etməklə, müasir üsullar əsasında reabilitasiya imkanları əldə edirlər. Qeyd edək ki, hazırda bu bölmələrdə əsasən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların nitq fəaliyyəti ilə bağlı nöqsanlar aradan qaldırılır. Məşğələlər müvafiq ixtisaslı müəllim-defektoloqlar tərəfindən aparılır. Zəruri hallarda bölmələrdə xüsusi zondlar vasitəsi ilə loqopedik masaj da tətbiq olunur. Təlimlər fərdi və ya qrup şəklində aparılır.
Həyata keçirilən bu reabilitasiya tədbirləri, bölmələrə cəlb edilmiş uşaqlarda nitq qüsurlarlarının aradan qaldırmasında, ünsiyyət bacarıqlarının artırılmasında mühüm rol oynayır, onlarda rabitəli nitqi inkişaf etdiririr.

753937
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
351
848
6004
1885
753937

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg