2 fevral – Gənclər Günü ərəfəsində sağlamlıq imkanları məhdud gənclərin iştirakı ilə tədbir keçirilib

Bu gün muxtar respublikamızda gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Həyata keçirilən bu tədbirlərdə sağlamlıq imkanları məhdud gənclərin iştirakına da xüsusi önəm verilir, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq, 2 fevral – Gənclər Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud gənclər üçün “Saat Meydanı” turistik istirahət mərkəzində film nümayişi və çay süfrəsi ətrafında görüş təşkil olunub. Sosial könüllülərin də iştirak etdiyi tədbirdə, 40 nəfərədək müvafiq kateqoriyadan olan gənc əvvəlcə motivasiya xarakterli filmə tamaşa edib, sonra çay süfrəsi ətrafında təəsüratlarını bölüşüblər.
Tədbir gənclərdə xoş ovqat yaradıb və göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

754410
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
824
848
6477
2358
754410

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg