110 yaşlı Şahbuz rayon sakini Ceyran Qafarovaya hədiyyələr təqdim edilib

8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçı­lığı ilə Şahbuz rayonunda yaşayan 110 yaşlı Ceyran Qafarovanın yaşadığı ünvanda tədbir keçirilib.
Tədbirdə bildirilib ki, ahıl qadınlar da dövlətimizin diqqət

qayğısı ilə əhatə olunaraq, onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, yubileyləri qeyd olunur. Bu günkü tədbirin də keçirilməsi ahıl qadınlara göstərilən qayğının daha bir bariz nümunəsidir.
Sonda qeyd olunan təşkilatların nümayəndələri qarşıdan gələn 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə uzunömürlü Ceyran Qafarovanı təbrik edərək, ona gül buketi və hədiyyələr təqdim ediblər.
Ceyran Qafarova ona göstərilən bu diqqət və qayğıya görə dövlətimizə öz minnətdərlığını bildirib.

760247
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
225
365
4449
8195
760247

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg