Sağlamlıq imkanları məhdud uşaqların gələcək peşə seçiminin stimullaşdırılması istiqamətində tədbirlər davam etdirilir

Bu gün Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud olan uşaqların sərbəst və hərtərəfli inkişafı sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək dövlət qayğısının növbəti ifadəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci ilin 15 mart tarixli Sərəncamı əsasında “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq olunub. Hazırda, Dövlət Proqramının icrası ilə bağlı bir sıra işlər görülür, müvafiq kateqoriyadan olan uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda, onların gələcək məşğulluqlarının stimullaşdırılması istiqamətində zəruri işlər görülür.
Bu məqsədlə növbəti tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunub. Burada uşaqlar dulusçuluq dərnəyində olub, sözügedən peşə haqqında zəruri biliklərə yiyələniblər. Dərnək sağlamlıq imkanları məhdud uşaqlarda böyük maraq yaradıb və onları bu mövzuda maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların bu qəbildən olan tədbirlərə cəlbi onların cəmiyyətə daha fəal inteqrasiyası ilə yanaşı, həm də sərbəst yaşayış imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

764779
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
250
1084
4092
12727
764779

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg