Kəngərli rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasında roluna dair maarifləndirici tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində görülən işlərdən, onlara yaradılan şəraitdən danışıb. Daha sonra çıxış edən Paralimpiya Federasiyasının əməkdaşı Naib Əlizadə bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının
möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi, onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. N.Əlizadə bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib. Paralimpiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov isə çıxışında idmanın müvafiq kateqoriyalı şəxslərin həyatındakı əhəmiyyətindən danışıb, bu sahədəki əldə edilən uğurlardan söz açıb.
Tədbirin davamında, sözügedən mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb, bu mövzuda slayd və videoçarxlar nümayiş etdirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra isə Kəngərli rayonunda Paralimpiya Federasiyasının yeni fəaliyyətə başlamış bölməsi ilə tanışlıq təşkil olunub, ağırlıqqaldırma bölməsinin imkanları haqqında iştirakçılara ətraflı məlumat verilib. Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.

761847
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
298
862
1160
9795
761847

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg