İstedadlı sağlamlıq imkanları məhdud şəxslərlə tələbələrin görüşü təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, Naxçıvan Dövlət Universitetində “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrlə görüşlərin, seminarların keçirilməsi, Na¬zirliyin və onun tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyəti ilə onların tanışlığının təşkili hər il davam etdirilir. Ötən dövr ərzində Nazirlik tərəfindən ali təhsil müəssisəsi ilə əlaqələr genişləndirilib, “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrini nazirlikdə və tabeli qurumlarda keçməsi təmin edilib.
Görülən bu işlərlə yanaşı, ali təhsil müəssisəsində təhsil alan gənclərlə sosial maarifləndirmə işlərinin təşkili də diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə növbəti tədbir, istedadlı sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə fevral ayının 25-də baş tutub. Tədbirdə istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud şəxslər – Nail Hacıyev və Xanım Qurbanovanın, Naxçıvan Dövlət Universitetində təhsil alan 50 nəfərədək gənclə, o cümlədən sosial könüllülər və “Sosial İş” ixtisası üzrə təhsil alan tələbələrlə görüşü keçirilib. Nail Hacıyev və Xanım Qurbanova görüş müddətində, əlilliyi olan şəxslərin cəmiyyətdəki rolu və istedadlarının üzə çıxarılmasına dair çıxışlar edib, uğur hekayələrinə dair təcrübələrini gənclərlə bölüşüblər. Motivasiya əhəmiyyətli təlim zamanı slaydlardan istifadə olunub, tələbələrin fərdi inkişaf və sosial münasibətlər mövzusunda sualları cavablandırılıb.
Qeyd edək ki, bu məzmunda tədbirlərin digər ali təhsil müəssisələrində də davam etdirilməsi nəzərdə tutulub.

761582
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
33
862
895
9530
761582

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg