Peşəyönümü məşğələlərin təşkili davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində, ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə əmək bazarının tələbləri əsasında bilik və bacarıqlarına uyğun peşə və ixtisas barədə məlumatlar verilir, onlara gələcək peşə seçimində köməklik göstərilir. Bu məqsədlə, həftə ərzində növbəti məşğələ Babək və Şərur rayonlarında yerləşən ümumtəhsil müəssisələrində keçirilib. Məşğələlərə, ümumilikdə 50 nəfər şagird cəlb edilib, onlara əmək bazarında tələb olunan peşə və ixtisaslar haqqında məsləhət xarakterli məlumatlar verilib. Tədbir zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan təlim proqramına uyğun olaraq, peşəyönümü məşğələlərin peşə seçimində rolu və əhəmiyyəti ilə bağlı slaydlar və videomateriallar nümayiş etdirilib, iştirakçılara sorğu blankları təqdim olunub.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində peşəyönümü məşğələlərinin təşkili tədris ilinin sonuna qədər davam etdiriləcəkdir.

752985
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
247
686
5052
933
752985

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg