Naxçıvan Universitetində istedadlı sağlamlıq imkanları məhdud şəxslərlə tələbələrin görüşü təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, Naxçıvan Dövlət Universitetində “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrlə görüşlərin, seminarların keçirilməsi, Na¬zirliyin və onun tabeliyində olan sosial xidmət müəssisələrinin
fəaliyyəti ilə onların tanışlığının təşkili hər il davam etdirilir. Ötən dövr ərzində Nazirlik tərəfindən ali təhsil müəssisəsi ilə əlaqələr genişləndirilib, “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrini nazirlikdə və tabeli qurumlarda keçməsi təmin edilib.
Görülən bu işlərlə yanaşı, digər ali təhsil müəssisəsində təhsil alan gənclərlə sosial maarifləndirmə işlərinin təşkili də diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə növbəti tədbir, istedadlı sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə mart ayının 9-da Naxçıvan Universitetində baş tutub. İstedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud şəxslər – Nail Hacıyev və Xanım Qurbanovanın, Naxçıvan Universitetində təhsil alan 50 nəfərədək gənclə, o cümlədən sosial könüllülər və “Sosial İş” ixtisası üzrə təhsil alan tələbələrlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Universitetin tədris və tərbiyə məsələləri üzrə prorektoru, fəlsəfə doktoru Hüseyn Bağırsoylu, muxtar respublikada ali təhsil müəssisələrinin fəaliyyəti üçün yaradılan şəraitdən söz açıb, tələbələrin iştirakı ilə keçirilən sosial tədbirlərin əhəmiyyətini qeyd edib. Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Naib Əlizadə isə sağlamlıq imkanları məhdud şəxslərin yaradıcılıq əzminin stimullaşdırılması istiqamətində Nazirlik tərəfindən görülən işlərdən danışıb, tədbirin məzmununa dair iştirakçılara məlumat verib.
Tədbirin davamında, Nail Hacıyev və Xanım Qurbanova görüş müddətində, əlilliyi olan şəxslərin cəmiyyətdəki rolu və istedadlarının üzə çıxarılmasına dair çıxışlar edib, uğur hekayələrinə dair təcrübələrini gənclərlə bölüşüblər. Motivasiya əhəmiyyətli təlim zamanı slaydlardan istifadə olunub, tələbələrin fərdi inkişaf və sosial münasibətlər mövzusunda sualları cavablandırılıb.

747861
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
448
874
8251
26635
747861

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg