Sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmətlərin göstərilməsi davam etdirilir

Muxtar respublikamızda əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Eyni zamanda, müvafiq kateqoriyalı şəxslərə göstərilən reabilitasiya xidmətlərinin həcmi və keyfiyyəti ilbəil artırılır, dayaq hərəkət sisteminin funksiyalarını itirmiş şəxslərin köməkçi və texniki reabilitasiya vasitələri ilə təminatına xüsusi önəm verilir. Bu məqsədlə, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara müvafiq xidmətlər göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar.
Mərkəzin həkim heyəti tərəfindən muxtar respublika sakinlərinə səyyari xidmətlərin göstərilməsi də davam etdirilir. Bu məqsədlə, mart ayının 10-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə əvvəlcədən qəbul edilmiş sifarişlər əsasında fiziki imkanları məhdud şəxslərə səyyar qaydada protez və ortezlər təqdim olunub, zəruri hallarda istifadə olunan protezlər təmir edilib. Eyni zamanda, səyyar xidmətlər zamanı müvafiq kateqoriyadan olan şəxslər mexaniki təkərli oturacaq, eşitmə aparatı və digər zəruri reabilitasiya vasitələri ilə də təmin olunublar.
Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

753266
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
528
686
5333
1214
753266

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg