Sağlamlıq imkanları məhdud uşaqlarla paralimpiya idman növləri üzrə maarifləndirici görüşlər davam etdirilir

Martın 11-də sağlamlı imkanları məhdud uşaqlar və onların valideynləri ilə paralimpiya idman növlərinə dair maarifləndirici görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Turak İsmayılov, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlbi istiqamətində görülən işlərdən, onlara yaradılan şəraitdən danışıb. Daha sonra çıxış edən Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, fiziki imkanları məhdud uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi, onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. V.Məmmədov bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirin davamında, sözügedən mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda isə, Paralimpiya Federasiyasının İlham Əliyev adına Olimpiya İdman Kompleksində fəaliyyət göstərən Ağırlıqqaldırma bölməsi ilə tanışlıq təşkil olunub, bölmənin imkanları haqqında iştirakçılara ətraflı məlumat verilib.

757271
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
827
646
1473
5219
757271

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg