Müxtəlif fəaliyyət sahələrinə uyğun aktivlər verilib

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma uyğun olaraq işlər davam etdirilir.
Proqrama uyğun olaraq 10.03.2022-ci il tarixində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin öz vəsaiti hesabına Naxçıvan şəhər sakini Mehman Vəliyevə avtomobil şinlərinin təmiri məqsədilə, Babək rayonunun Naxışnərgiz kənd sakini Ramis Əliyevə və Qahab kənd sakini Minayə Əliyevaya isə dərzi fəaliyyəti üçün alınmış avadanlıqlar təqdim edilmişdir.
Qeyd edək ki, memoranduma əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarına müraciət edən sağlamlıq imkanları məhdud olan şəxslər, aztəminatlı ailələr, sosial qayğıya ehtiyacı olan şəhid və qazi ailələri barədə məlumatlar əsasında muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müxtəlif fəaliyyət sahələrinə uyğun aktivlərin verilməsi nəzərdə tutulmuşdur. Proqram muxtar respublika üzrə, ümumilikdə, 50 aztəminatlı ailəni əhatə edəcəkdir.

757382
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
938
646
1584
5330
757382

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg