Sosial qayğıya ehtiyacı olan şəxslərə bayram sovqatları təqdim edilib

Muxtar respublikamızda sosial qayğıya ehtiyacı olan insanlar, o cümlədən sağlamlıq imkanları məhdud şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Müvafiq kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilbəil gücləndirilir, onların tibbi reabilitasiyası məqsədilə bərpa mərkəzlərində müalicələri təşkil edilir, sanatoriya və pansionatlara göndərişlər verilir, məşğulluqları və asudə vaxtlarının səmərəli keçirilməsi diqqət mərkəzində saxlanılır. Tənha sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilir, onların zəruri sosial məsələlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Eyni zamanda, əlamətdar günlərdə sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilir, onlara sovqatlar təqdim edilir.
 
Bu il də Novruz bayramı ərəfəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində sosial qayğıya ehtiyacı olan şəxslərlə görüşlər keçirilib, onlara bayram sovqatları təqdim edilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək sakinləri bayram münasibətilə təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin təmin olunması və cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin sərbəst yaşayış imkanlarının artırılması, məşğulluqlarının təmin olunması, onlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, əlamətdar günlərdə tədbirlərin keçirilməsi də bu sahədə mövcud olan hərtərəfli dövlət qayğısının bariz nümunəsidir.
Qeyd edək ki, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslərə evlərində baş çəkilib, bayram sovqatları təqdim olunub. Sözügedən tədbirlərdə, ümumilikdə sosial qayğıya ehtiyacı olan 1000 nəfərə bayram sovqatları təqdim edilib.

748840
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
162
745
907
27614
748840

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg