21 Mart - “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” ərəfəsində maarifləndirici tədbir keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud olan uşaqların sərbəst və hərtərəfli inkişafı sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək dövlət qayğısının növbəti ifadəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı əsasında “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq olunub. Hazırda, Dövlət Proqramının icrasına uyğun olaraq, təhsil sahəsində həyata keçirilən bir sıra tədbirlərlə yanaşı, müvafiq kateqoriyadan olan uşaqların reabilitasiyası məqsədilə də ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı sayəsində, bu sahədə fəaliyyət göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və Uşaq Bərpa Mərkəzində hərtərəfli şərait yaradılıb, mərkəzlər bütün zəruri tibbi avadanlıqlarla təchiz edilib. Həmçinin, nitq məhdudiyyəti, zehni inkişafın ləngiməsi, autizm və daun sindromu aşkar edilən uşaqlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmək məqsədilə Şərur və Ordubad rayonlarında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin filialları təşkil edilib.
Görülən bu işlərlə yanaşı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə maarifləndirici tədbirlərin təşkilinə də diqqət artırılır, sağlamlıq imkanları məhdud uşqların valideynlərinin iştirakı ilə keçirilən tədbirlərin əhatə dairəsi genişləndirilir. Bu məqsədlə, 21 Mart “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” ərəfəsində, daun sindromundan əziyyət çəkən uşaqların valideynləri ilə növbəti maarifləndirici görüş təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Minurə Musayeva, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası istiqamətində yaradılan şəraitdən danışıb, bu sahədə tətbiq olunan yeniliklərlə bağlı tədbir iştirakçılarına məlumat verib. Daha sonra çıxış edən Naxçıvan Şəhər Körpələr evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasıyeva və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müvafiq sahələr üzrə mütəxəssisləri, daun sindromunun yaranması, əlamətləri və profilaktikası, həmçinin bu kateqoriyadan olan uşaqlarla davranış və ünsiyyət metodları haqqında valideynləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

748886
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
208
745
953
27660
748886

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg